Dünyada koronavirusa yoluxanların sayı 14 milyonu ötdü

Dünyada koronavirus qurbanlarının sayı 600 min nəfəri ötüb.
Məlumata görə, koronavirusun qeydə alındığı 213 ölkədə və bölgədə COVID-19-a yoluxanların ümumi sayı 14 milyon nəfəri ötüb. Dünyada 14 037 021 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Pandemiya ərzində təhlükəli virusdan ölənlərin ümumi sayı 600 665 nəfərə çatıb. Virusa yoluxmuş 7 818 409 insan sağalıb.
Koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Bu ölkədə 3,7 milyondan çox insan koronavirusa yoluxub, 141,9 min nəfər ölüb. Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Bu ölkədə 2,04 milyon insan COVID-19-a yoluxub, 77,9 mindən çox insan ölüb.
Virusun ən çox yayıldığı ölkələrin siyahısında sonrakı yerlərdə Hindistan, Rusiya, Peru və digər ölkələr qərarlaşıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. (“Report“)
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












