Dünyada koronavirusa yoluxanların sayı 253 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 253 mindən çox artıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Avqustun 10-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 253 409 nəfər yeni koronavirusa yoluxub, 5 719 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 19 718 030, ölənlərin isə 728 013 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 10 590 929 yoluxma və 388 673 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 582 911, ölənlərin sayı isə 216 693 nəfərə çatıb.
Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 632 773 yoluxma və 53 677 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır. (Trend)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












