Dünyada koronavirusdan ölənlərin sayı 350 mini ötdü

Dünyada 5 648 196 insanın COVID-19-la bağlı analizləri müsbət olub. Pandemiya ərzində 350 286 pasiyent koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib. COVID-19 infeksiyasından müalicə alan 2 409 865 pasiyent sağalıb.
Hazırda 2 835 033 insan aktiv koronavirus xəstəsi hesab edilir, 53 012 pasiyentin vəziyyəti ağırdır.
Dünyada koronavirusdan ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb.
Birləşmiş Ştatlarda infeksiya aşkarlanan 1 718 791 nəfərin 100 371-i vəfat edib. Müalicə alan 469 557 xəstə sağalıb, 17 072 pasiyentin vəziyyəti ağırdır. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 406 889 test aparılıb.
İkinci sırada qərarlaşan Braziliyada 377 780 nəfərin koronavirus testi müsbət nəticələnib. Onlardan 153 833-ü sağalıb, 23 622 xəstənin həyatını xilas etmək mümkün olmayıb. Şimal qonşumuz Rusiyada da vəziyyət gərgin olaraq qalır. Belə ki, koronavirusun aşkarlandığı 362 342 nəfərin 3 807-si ölüb, 131 129-u sağalıb.
Türkiyədə isə pandemiya qurbanlarının sayı 4 397 nəfərə çatıb. Təkcə ötən gün COVID-19-a 948 yeni yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 158 762-ə çatıb. Son bir gündə virusdan 1 492 nəfər sağalıb. Beləliklə, koronavirusdan sağalanların ümumi sayı 121 507 nəfər təşkil edir.
Cənub qonşumuz İranda koronavirusla bağlı test verənlərin 139 511-i müsbət olub. Müalicə alan 7 508 xəstə vəfat edib, 109 437-si sağalıb. Hazırda ölkədə 22 566 aktiv koronavirus daşıyıcı var, 2 567 xəstənin vəziyyəti ağırdır. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 837 090 test aparılıb. (“Report”)
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










