Dünyanı bürüyən YENİ FIRILDAQÇILIQ ÜSULU: Saxta dəvətnamələrlə məlumatlarınız oğurlana bilər

Saxta toy dəvətnamələri ilə yayılan yeni kiberdələduzluq üsulu aşkarlanıb
“Kaspersky” Qlobal Tədqiqat və Təhlil Qrupu “Android” istifadəçilərini hədəf alan yeni kiberdələduzluq sxemini müəyyən edib.
Avtosfer.az xəbər verir ki, dələduzlar qurbanları saxta toy dəvətnamələri ilə aldadaraq zərərli proqram təminatını quraşdırmağa məcbur edirlər. "Kaspersky" mütəxəssislərinin "Tria Stealer" adlandırdığı bu zərərli proqram “Android” cihazlara yoluxaraq istifadəçilərin şəxsi məlumatlarını ələ keçirmək məqsədi daşıyır.
Dələduzluq sxemi belə işləyir: Qurbanlara toy dəvətnaməsi adı altında zərərli “Android Paket Dəsti” (APK) göndərilir. İstifadəçi bu faylı quraşdırdıqdan sonra proqram mətn mesajları, e-poçtlar və digər şəxsi məlumatları təcavüzkarlara ötürməyə başlayır. Eyni zamanda, hack edilmiş “WhatsApp” və “Telegram” hesabları vasitəsilə qurbanın tanışlarından pul tələb olunur.

Mütəxəssislərin bildirdiyinə görə, bu zərərli proqram cihaz üzərində geniş nəzarət imkanı əldə edir. O, mətn mesajlarını oxumaq və qəbul etmək, zəng qeydlərini izləmək, sistem xəbərdarlıqlarını göstərmək və cihaz yenidən işə salındıqda avtomatik işə düşmək kimi funksiyalara malikdir. Bundan əlavə, qurbanlardan telefon nömrələri, cihazın markası və modeli kimi məlumatların daxil edilməsi tələb olunur ki, bu məlumatlar “Telegram” botları vasitəsilə təcavüzkarlara göndərilir.
Mütəxəssislər istifadəçilərə yalnız rəsmi mənbələrdən proqram yükləməyi, tətbiqlərə verilən icazələri diqqətlə yoxlamağı və etibarlı kibertəhlükəsizlik həllərindən istifadə etməyi tövsiyə edirlər.
"Kaspersky GReAT" Təhlükəsizlik Tədqiqatçısı Fareed Radzi bildirib ki, aparılan araşdırmalar bu kibertəhdidin İndoneziya mənşəli dələduzlar tərəfindən idarə olunduğunu göstərir. O, istifadəçiləri diqqətli olmağa və hətta tanışlardan gələn onlayn sorğulara ehtiyatla yanaşmağa çağırıb.
Eltac Zülfüqaroğlu
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












