Dünyanın ən ucuz taksisi - Azərbaycanın reytinq sırasındakı yeri

Yanacağın qiyməti get-gedə artdığı üçün xidmət haqqı da artacaq; Vətəndaş taksidən istifadəyə görə gediş haqqının məbləğini dəqiq bilməlidir
Heç demə, Cənubi Qafqaz ölkələri arasında ən ucuz taksi Ermənistanda imiş. Hər halda, dünyanın keyfiyyət üzrə ən böyük məlumat bazası olan Numbeo taksi qiymətləri ilə bağlı açıqladığı reytinq göstəricilərindən bu qənaət hasil olur. Bildirilir ki, qonşu ölkədə taksi ilə gediş-gəlişin qiyməti 1 kilometr üçün ortalama 0,31 dollar təşkil edir.
Gürcüstan və Türkiyədə bu rəqəm 0,73 dollar, Azərbaycanda 0,59 dollar, Rusiyada 0,42 dollar, İranda 0,3 dollardır. Reytinqə əsasən, ən bahalı taksi İsveçrədə (4,68 dollar), ən ucuz taksi isə Qırğızıstandadır (0,23 dollar).
Qeyd edək ki, mayın 2-nə olan məlumata görə, Azərbaycanda 27 min sürücü taksi fəaliyyətinə icazə verən buraxılış kartını alıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) kommunikasiya departamentinin direktoru Vəli Məmmədovun sözlərinə görə, ötən il bu rəqəm 67 minə bərabər olub.
Nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, Azərbaycanda taksilərdə qiymətlərin enməsi gözlənilmir. Ekspertin sözlərinə görə, yanacağın qiyməti get-gedə artdığı üçün xidmət haqqı da artacaq: “Taksi sürücüləri üçün yeni tələblər də qiymət artımına səbəb ola bilər. Belə ki, taksi sürücüləri imtahanlar və s. üçün təxminən 300-400 manat xərclədilər. Bu səbəbdən də qiymətin artacağı ehtimalı yüksəkdir. Doğrudur, bir müddət taksi qiymətləri düşmüşdü. Bu, bazarda birdən-birə şirkətlərin çoxalması ilə bağlıdır. Keyfiyyət deyil, qiymətdə rəqabət apardılar. Bu da onunla nəticələndi ki, əgər əvvəllər köhnə avtomobillə taksi şirkətində işləmək mümkün idisə, qiymət rəqabəti də mümkün idi. Hazırda isə daha müasir, ili yeni avtomobillərlə xidmət göstərmək tələbi olduğu üçün bu sahədə qiymət artımı müşahidə olunacaq”.
Nəqliyyat eksperti Elməddin Muradlı isə qeyd etdi ki, Azərbaycanda taksi qiymətləri hələ ki tam tənzimlənmir: “Hazırda bu sahədə xaotik vəziyyət hökm sürür. Taksi sürücüləri bu vəziyyətdən çox narazı və narahatdırlar. Əvvəlki illərlə müqayisədə taksi sürücüləri indi daha komfortlu avtomobillərdə xidmət göstərirlər. Bu da indiki qiymətlərlə uyğun gəlmir. Taksi sürücüləri hesab edirlər ki, qiymətlər tənzimlənməlidir. Onlar qiymətin kilometrə görə təyin olunmasını, bu zaman ümumi vəziyyətin nəzərə alınmasını istəyirlər. Bu gün Azərbaycanda qiymətin aşağı həddi müəyyənləşdirilib - 2,50 AZN. Bu həddən yuxarı qiymət hələ ki müəyyənləşdirilməyib. Fikrimcə, bu məsələ qanuni yolla tənzimlənməlidir. Vətəndaş Bakıda adi halda taksidən istifadəyə görə gediş haqqının məbləğini dəqiq bilməlidir. Hazırda eyni istiqamətə fərqli günlərdə, fərqli saatlarda gediş haqqı müxtəlifdir. Sərnişinləri narazı salan məqam məhz budur. Bu baxımdan məsələyə obyektiv yanaşma olmalıdır”.(musavat.com)
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO










