Dünyanın ən zəngin adamının sərvəti rekordu yeniləyib

Dünyanın ən zəngin adamı, ABŞ-ın "Amazon" korporasiyasının rəhbəri Ceff Bezosun sərvəti yenidən tarixi rekordu yeniləyib. İş adamının sərvəti 182,6 mlrd. ABŞ dollarına çatıb.
Bununla belə, iyulun əvvəlində C. Bezosun sərvəti 171,6 mlrd. dollar idi. Göründüyü kimi, ayın əvvəlindən iş adamının sərvəti 11 mlrd. dollar artaraq ikinci dəfə rekord səviyyəyə çatıb.
Bu vəziyyət "Amazon" şirkətinin səhmlərinin dəyərinin davamlı artması fonunda müşahidə olunur – cümə axşamı günü səhmlər 2,7% bahalaşaraq rekord 3 081,11 dollara çatıb, şirkətin kapitallaşması isə 1,54 trln. dollara yüksəlib. C. Bezos "Amazon"un 11,1% payına sahibdir. O, 2017-ci ildən bəri "Forbes"in ən zəngin adamları siyahısının lideridir.
Qeyd edək ki, bu ilin aprelində "Forbes" jurnalı C. Bezosu dünyanın ən zəngin insanları arasında birinci yerə layiq görüb. Həmin vaxt onun sərvəti təxminən 113 mlrd. dollara bərabər olub. (APA)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












