Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ

Son bir neçə ildə dünyanın gündəmi eyni zamanda bir neçə istiqamətdə bölündü. 2019-cu ildə Britaniya ilə bağlı “Brexit” böhranı, eyni zamanda ABŞ-Çin arasında ticarət mübarizələrinin kəskinləşməsi, ardınca isə 2020-ci ildə pandemiya, Rusiyanın Ukraynaya müharibə elan etməsi, bütün bunların qlobal miqyasının dərinlərdə gizlənməsindən xəbər verirdi. Donald Trampın Çin lideri Si Cinpinlə 2017-ci ildə 250 milyard dolarlıq ticarət dövriyyəsi barədə razılığa gəlsə də, 2019-cu ildə Çinin dünya avtomobil bazarında pay sahibliyinin artması Qərbi narahat etməyə başladı və geosiyasi maraqlar dəyişdi.
Trampın 2026-cı ildə Çinə rəsmi səfəri zamanı isə ABŞ-nin Çin mallarına tətbiq etdiyi tariflər və Çindəki nadir torpaq elementləri, kritik minerallar üzrə müzakirələrlə yadda qaldı. Lakin Tramp bu dəfə də istəyinə nail ola bilmədi. Çünki Çinin məqsədi tamamilə fərqli idi və Si Cinpin bu məqsəddən geri durmadı.
Bu baxımdan dünyada dəhlizlər üzərində nəzarəti ələ keçirməyə çalışan qütblər artmağa başladı. Sanki liderlər artıq neftin ən bahalı alət olmadığını anlamış, dəhlizlərə sahib olmadıqları zaman nefti satmağın mümkünsüz olduğu tapmacasını həll etmişdilər. Dünyanın son 6 ildəki gündəmi də məhz dəhlizlər üzərində nəzarətə kimin sahib olacağı mövzusu olmağa başladı.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, əlbəttə ki, logistik yollarının əhəmiyyəti artır və bu da ticarət yollarının dəyişməsiylə bağlıdır. Hazırda Şərq və Qərb arasındakı ticarət əlaqələri yüksək şəkildə inkişaf edir və bu da istər-istəməz Çindən Avropaya gətirilən malların və əks istiqamətdə gedən mallar üçün əhəmiyyətlii tranzit xıtlərin yaradılmasını labüdləşdirir.

“Məsələn, ənənəvi dəniz yolu artıq öz əhəmiyyətini itirib. Son dövrlərdə baş verən hadisələr ballistik raketlərdən və dronlardan daha səmərəli şəkildə müharibələrdə istifadə edilməsi, eyni zamanda Yaxın Şərqdə baş verən proseslər, xüsusilə də Husilərin Qırmızı dənizdə güclənməsi ənənəvi dəniz yoluna olan marağı itirir və bu da istər-istəməz quru yolu ilə tranzit əlaqələrinin güclənməsinə zəmin hazırlayır. Mərkəz Asiya ölkələrinin son zamanlarda Avropa dövlətləri ilə yaxınlaşması, hansı ki, yaxın müddətdə aralarında bir razılaşma da əldə edilmişdir, eyni zamanda Cənubi Qafqazda uzun illər mövcud olan müharibə ocağının sönməsi, Azərbaycan və Ermənistan arasında artıq sülhlə bağlı irəliləyişlərin meydana gəlməsi və Azərbaycanın öz torbaqlarını azad etməsi bu bölgədən keçən tranzit xətlərinin əhəmiyyətini artırır.
Əlbəttə ki, bunlar çox mühümdür. Konkret olaraq kimin ərazisi strateji əhəmiyyətə malikdirsə, onun qazancı da daha çox olacaq, o daha çox lahiyələrdə də iştirak edəcək, daha əhəmiyyətli həm quru yolu, həm də digər nəqliyyat kommunikasiya xətləri onun ərazisindən daha çox keçəcək. Bütün bunlar əlbəttə ki, həmin ölkəyə durduğu yerdə maliyyə axınlarının gətirilməsini təmin edəcək.
Sadəcə olaraq, təhlükəsizlik ən yüksək səviyyədə olmalıdır, oradakı nəqliyyat qovşaqları, yol, infrastrukturu çox yüksək səviyyədə olmalıdır. Məsələn, Azərbaycan bu tip məsələlərə xüsusi qiqqət ayırır və heç təsadüfi deyil ki, Azərbaycan hal-hazırda dünyanın əsas tranzit qovşaqlarından biridir. Bu da əlbəttə ki, ən real, dövlətə gələn ən sərfəli gəlirlərdən biri olur ki, onun arasında mühüm tranzit xətlərinin keçilməsi, buna quru yolu da daxildir, dəmir yolu da daxildir. Eyni zamanda müxtəlif kommunikasiya xətləri də, eləcə də enerji kəmərlərinin keçilməsi də daxildir”.
Səfər
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi
Polkovnik antiterror əməliyyatının sirrini açıqladı: “Hər şey əvvəlcədən ölçülmüşdü”












