Dünyanın koronavirus sınağı: Pandemiyadan sonrakı səhiyyə

Postpandemiya dövrünə aid siyasi və iqtisadi analizlərə, çıxış yolları haqqında təkliflərə son günlər dünya, eləcə də, Azərbaycan mətbuatında və televiziyasında daha çox rast gəlinməyə başlanıb. Amma Azərbaycanda yuxarıdakı mövzular qədər ciddi olan postpandemiya səhiyyəsi barədə bu günə qədər heç bir yazı və çıxışlara rast gəlmədiyimə görə çox təəssüf hissi keçirdim və bəzi vacib məqamlara toxunmağı özümə borc bildim.
Heç kəsə sirr deyil ki, koronavirus pandemiyası bir gün bitəcək, amma onu arxada qoyan dünya tam fərqli olacaq. Burada dəyişən heç də bir tək ölkələrin siyasi və iqtisadi planları deyil, eyni zamanda, inkişaf etməkdə olan ölkələrin səhiyyə sistemlərindəki tədbirlər planı olacaq.
Bunun səbəbi isə ölkələrin pandemiyadan doğan problemlərə təkcə sosial və iqtisadi tərəfdən nə dərəcədə hazır olduqları ilə deyil, eyni zamanda, qurduqları səhiyyə sistemindəki boşluqlarla da sınağa çəkilməsidir.
Buna müvafiq olaraq isə ölkələrdə gözlənilən səhiyyə tədbirləri minimum bu pandemiyadan üzüağ çıxan ölkələrin tibbini nümunə götürərək, o istiqamətdə inkişaf etmək olacaq. Eyni zamanda, tibbi kadrların və elm adamlarının məqsədyönlü şəkildə hazırlanması, tibb elminin inkişafı, əhaliyə göstərilən ümumi tibbi xidmətlərin keyfiyyətinin artırılması və xüsusən yaşlı xəstələrə düzgün tibbi xidmətin təşkili görüləcək vacib tədbirlərə aiddir.
Azərbaycanda isə bu istiqamətdə aparılacaq tədbirlər haqqında danışarkən hələ pandemiydan öncə yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini xüsusən qeyd etmək lazımdır ki, zamanında atılmış çox doğru addımdır. Bu qurumun şərəfli məsuliyyəti postpandemiya dövründə daha da artacaq.
Azərbaycan və eləcə də, digər inkişaf etməkdə olan ölkələrdə atılacaq növbəti vacib addım isə koronavirusdan da çox ölüm sayı olan vacib xəstəliklərə xüsusi ciddi tibbi xidmətin inkişaf etmiş ölkələrdəki kimi təşkil edilməsi olmalıdır.
Belə çoxluq təşkil edən ölüm səbəblərinə başçılıq edən xəstəliklərin vaciblərindən biri də Azərbaycanda beyin insultları olduğu heç kimə sirr deyil. Bu istiqamətdə atılmalı addım da insult mərkəzlərinin yaradılmasıdır ki, bu barədə bir neçə ildir ki, təklif planları təqdim etmişdim. Həmin mərkəzlərin təşkilində süni tənəffüs cihazları olan xüsusi reanimasion otaqların da təklif olunmasına nəzər yetirilsə, görmək olar ki, həmin mərkəzlərin bir neçə il əvvəl yaradılması insult xəstələrinə xidmətlə yanaşı, bu gün virusla mübarizədə də səhiyyəmizdə olan boşluğun bir qismini doldura bilərdi.
Ümumilikdə isə qeyd etmək istəyirəm ki, Azərbaycan, eləcə də, digər inkişaf etməkdə olan ölkələr postpandemiya dövrü üçün iqtisadi planlama ilə yanaşı, səhiyyə sistemində də tutarlı planlamalar yerinə yetirməlidirlər ki, bu da gələcəkdə yaşana biləcək hər hansı bir qlobal tibbi problem zamanı dövlətin üzərinə düşəcək ağır yükü azalda bilsin, məsələn, eynilə Almaniyadakı nizamlı səhiyyə sistemi kimi.
Belə sistemlərin qurulması və müvafiq elm adamlarının yetişdirilməsi indiki pandemiya kimi vəziyyətlərdə dövlətin aparmaq istədiyi siyasətə birbaşa dayaqdır. Əks halda, əmin-amanlıq içərisində yaşayan dövlətlər qlobal tibbi problemlər zamanı həm verdikləri qərarlarla məsuliyyət yükünü, həm də bütün iqtisadi və sosial xərcləri birbaşa özləri daşıyacaqlar.
Postpandemiya dövrü qərarlar dövrü olacaq, doğru qərarlar üçün isə bizlər çox yaxşı düşünməliyik, elə indidən...
Nuran Abdullayev
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ










