Düşənbə hava limanında AZAL-ın Bakıdan ilk reysi təntənəli şəkildə qarşılanıb - FOTO

Bu gün, mayın 30-da Düşənbə Beynəlxalq Hava Limanında “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakıdan ilk uçuşunun təntənəli qarşılanma mərasimi baş tutub.
Bu barədə AZAL məlumat yayıb.
Təyyarənin qarşılanması xüsusilə təntənəli keçib: təyyarə su tağı ilə, aviaşirkətin nümayəndələri, ekipaj və ilk reysin sərnişinləri isə çiçəklərlə qarşılanıb.
AZAL-ın ilk reysinin gəlişinə həsr olunmuş mərasimdə aviaşirkətin nümayəndələri və Tacikistan dövlətinin rəsmiləri iştirak ediblər. Onlar ölkələr arasında münasibətlərin inkişafı baxımından bu tədbirin əhəmiyyətini vurğulayıblar.
“Turizm sənayesi üçün bugünkü uçuş maraqlı bir istiqamətə işarədir. Lakin bu, təkcə turizm üçün deyil, həm də ticari-iqtisadi əlaqələrin inkişafı üçün yeni təkandır.” - deyə “Azərbaycan Hava Yolları” aviaşirkətinin icraçı direktorunun müavini Cəmil Manizadə bildirib.
Aviaşirkətin rəsmi www.azal.az saytında uçuş cədvəli haqqında daha ətraflı məlumatla tanış ola, həmçinin reyslərə aviabiletləri əldə edə bilərsiniz. Aviabiletləri AZAL-ın mobil tətbiqi vasitəsilə də əldə etmək mümkündür.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












