Düşmən atəşkəsi yenidən pozdu, mərmilərdən biri kənd sakininin həyətinə düşdü

İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub. Bu barədə Avtosfer.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
***06:05
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı silahlardan istifadə etməklə bu gecə atəşkəs rejimini yenidən pozub.
Hazırda düşmən ordusu iriçaplı silahlardan, eləcə də artilleriya qurğularından Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndini atəşə tutur.
Qeyd olunub ki, düşmən ordusu tərəfindən atılan mərmilərdən biri Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisində yerləşən evin həyətinə düşüb. Hazırda atışma davam edir.
Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.
Qeyd edək ki, iyulun 12-dən başlayaraq ermənilər Tovuz istiqamətində atəşkəsi pozmaqda davam edir.
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər











