DYP-dən Bakıda keçiriləcək bayram şənlikləri ilə bağlı xəbərdarlıq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi mayın 28-də Respublika Günü münasibətilə Bakıda bayram şənliklərinin təşkili ilə əlaqədar yollarda yaranacaq mümkün vəziyyətlə bağlı əhaliyə xəbərdarlıq edib. Bununla Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında əhaliyə bayram tədbirlərinin keçirildiyi ərazi istiqamətində ictimai nəqliyyatdan istifadənin tövsiyə edildiyini bildirib: “Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 28 May - Respublika Günü Bakıda bayram şənliklərinin keçirilməsi ilə əlaqədar paytaxtın Neftçilər prospekti boyu, Dənizkənarı Milli Parkda möhtəşəm bayram konsertinin və atəşfəşanlığın keçirilməsi ilə əlaqədar tədbirə qatılmaq istəyən şəhər sakinlərinə və qonaqlara tövsiyə edir ki, həmin ərazidə yollarda sıxlığın, narahatlığın və yol-nəqliyyat hadisələrinin yaşanmaması üçün fərdi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Yol Polisi İdarəsi bu tövsiyəyə ciddi yanaşaraq ona əməl edən sürücülərə öncədən təşəkkür edir”.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, 28 May – Respublika Günü münasibətilə mayın 28-də saat 21:00-da Milli Parkın ərazisində, Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə konsert keçiriləcək, saat 23:00-da isə möhtəşəm atəşfəşanlıq olacaq.
Elmin
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












