ƏDV-dən azad olunan idxal məhsullarının yeni siyahısı hazırlanacaq

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VIQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Fərmanla müəyyən edilir:
1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.84-cü və 165.1.9-cu maddələrində, 222.3-cü maddəsinin ikinci cümləsində, 222.5.9-cu, 222.7-ci, 224.4-cü, 224.11-ci maddələrində və 225.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 224.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 13.2.84-cü, 165.1.9-cu, 222.5.9-cu, 222.7-ci və 224.11-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Məcəllənin 222.3-cü maddəsinin ikinci cümləsində və 225.3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.84-cü və 165.1.9-cu maddələrinə uyğun olaraq, malların ixrac qeydi ilə satışı qaydasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. həmin Məcəllənin 224.4-cü maddəsinə uyğun olaraq, əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə idxalı ƏDV-dən azad olunan məhsul (mal) növlərinin siyahısı ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Oğrular maşınların daha çox bu detallarını oğurlayır – ARAŞDIRMA
"Birmarket" vətəndaşın şikayətini niyə təmin etməyib? – RƏSMİ AÇIQLAMA
Təmir işləri görülən ərazilərdə qəzaların qarşısı necə alınmalıdır? – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










