Efiopiyada baş vermiş iğtişaşlarda 166 nəfər ölüb

Efiopiyada populyar müğənni Haçal Hundessanın qətlindən sonra baş vermiş iğtişaşlarda 166 nəfərin öldüyü bildirilir. Bundan başqa, Paytaxt Əddis-Əbəbədə və müğənninin vətəni olan Oromiya bölgəsində polislə nümayişçilər arasında qanlı toqquşmalarda yüzlərlə insan yaralanıb. Onların arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var.
Oromiya bölgəsinin polis idarəsi iğtişaşlarda 11 polis əməkdaşının həlak olduğunu bildirib. Hökumət nümayişlərin qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirib, etiraz dalğasının daha çox yayılmaması üçün ölkənin bəzi bölgələrində internetə girişləri bağlayıb.
Müğənni Hundessa oroma etnik qrupunun hüquqlarının müdafiəçisi kimi tanınırdı. Məhz onun fəaliyyəti 2018-ci ildə hökumətin istefasına səbəb olmuşdu. (AZƏRTAC)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












