Əfv sərəncamının verilməsi humanizmin təntənəsidir
Gündəm 7 Aprel 2020 15:00 Oxunub 421
Əfv sərəncamının verilməsi humanizmin təntənəsidir
Hüquq müdafiəçisinin sözlərinə görə, ölkə başçısı hər bir vətəndaşının taleyinə məsuliyyətlə yanaşır

“Qeyd etmək istəyirəm ki, 10 gün bundan öncə də 200 məhkumun vaxtından əvvəl azad edilmə prosesi həyata keçirilib. 200 məhkum da vaxtından əvvəl azad edilib. Məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında cənab prezidentin imzaladığı əfv sərəncamı bir daha humanizmin təntənəsidir”.

Avtosfer.az zəbər verir ki, bu fikirləri Modern.az-a hüquq müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə prezident İlham Əliyevin aprelin 6-da imzaladığı əfv sərəncamına münasibət bildirərkən deyib. Çingiz Qənizadə ölkə başçısının humanist addımlar atmaqda maraqlı olduğunu qeyd edib:

“Yaşı 65-dən yuxarı olan bir sıra məhkumların və ailə üzvlərinin cənab prezidentə ünvanlanmış olduğu müraciətlərinə möhtərəm prezident tərəfindən müsbət cavab verilməsi və 176 məhkumun azadlığa buraxılaraq əfv edilməsi bir daha onu göstərdi ki, cənab preident humanizm prinsipində sadiqdir və hər zaman humanist addımların atılmasında maraqlıdır. Bilirik ki, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən yaşı 65-dən yuxarı olan şəxslərin küçəyə çıxması qadağan edilib. Çünki bu şəxslər risk qrupuna daxildir. Qeyd etmək istəyirəm ki, yaşı 65-dən yuxarı olan insanların cəzaçəkmə müəssisəsindən əfv edilərək azadlığa buraxılması və ailələrinin yanında olması ilə təmin edilməsi bir daha göstərdi ki, cənab prezident kimliyindən asılı olmayaraq məhkumluğu olan şəxslərin də sağlamlığını düşünür. Hər bir Azərbaycan vətəndaşının sağlamlığı və səhhəti dövlət başçısı üçün əsas meyarlardan biridir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, ölkə başçısı hər bir vətəndaşının taleyinə məsuliyyətlə yanaşır:

“Bu siyahıya nəzər salarkən müəyyən siyasi baxışları ilə fərqlənən, radikal meylli şəxslərin də əfv olunduğunu görmək olur. Bu da onu deməyə əsas verir ki, cənab prezident ictimai-siyasi baxışından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının prezidentidir və onların hər birinin taleyinə məsuliyyətlə yanaşır, diqqət və qayğı göstərir. Hər zaman demişəm ki, əfv olunan şəxslərin sayı 100-lə olsa da, bu minlərlə insana cənab prezident tərəfindən sevinc bəxş edir. Belə ki, dünən əfv olunmuş 176 nəfərin ailə üzvləri, yaxınları da sevinmiş oldu. Bunları da nəzərə alsaq, o zaman ürəklə deyə bilərik ki cənab prezident minlərlə Azərbaycan ailəsini sevindirdi və 176 məhkumu ailəsinə qovuşdurdu. Hüquq müdafiəçisi olaraq cənab prezidentin bu cür humanist addımlarını hər zaman təqdir etmişəm. Bir daha qeyd etmək istəyirəm ki, bu cür humanist addımlara görə cənab prezidentə təşəkkür düşür”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh