“Əhali tələb olunan qaydalara əməl etmir”

"Aprel ayının əvvəlində yoluxma hallarında azalma müşahidə edilirdi. Yumşalma tədbirlərindən sonra isə artım qeydə alındı. Bu da təbiidir". Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
TƏBİB sədri vurğulayıb ki, 103-ə zəng edən simptomatik xəstələrin sayında da artım olub: "Say beynəlxalq statistikaya uyğundur. Dalğavari yüksəlişə nəzər salsaq, görərik ki, əhali tələb olunan qaydalara əməl etmir. Bunun qarşısını almaq üçün ya qaydalar tam sərtləşməli, ya da qaydalara düzgün əməl etməliyik. Sərtləşməni də müəyyən səbəblərdən edə bilmirik".
O bildirib ki, son zamanlar yoluxanların sayı sağalanların sayından çoxdur: "Ağır xəstələrin sayı artsa da, ölənlərin sayında ciddi artım olmayıb". ("Report")
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












