“Ehtiyatsızlıqdan başqasını virusa yoluxduran qatildir” – Hacı Şahindən koronavirusa dini baxış

“Ağılsız insanları Allah qorumur. Odur ki, insan bu dövrdə ehtiyatlı davranmalıdır, ehtiyatsızlıqdan virusa yoluxub ölərsə, intihar edən, başqasını yoluxdurarsa, qatil hesab olunur. Vətəndaşlarımızdan xahiş edirəm ki, özlərini təcrid etsinlər, Allah, cəmiyyət və qanun qarşısında məsuliyyətli davransınlar”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı dini alim Hacı Şahin Həsənli publika.az-a bildirib. O, koronavirusdan necə qorunması və dinin bu virusa münasibətdə mövqeyini açıqlayıb.
“Koronavirusdan hazırda özünü qorumağın yeganə yolu özünütəcrid və insanlarla ünsiyyəti minimuma endirməkdir. Zəruri hallarda çəkilişlərlə bağlı evdən çıxmalı olsam da, ümumilikdə karantin rejiminin qaydalarına əməl etməklə özümü qoruyuram.
Belə bir vəziyyətdə yeganə çıxış yolu özünütəcriddir. İnsanlar ünsiyyətlərini minimuma endirməklə özlərini və yaxınlarını bu bəladan qoruya bilər. Bu, həm də Allah qarşısında bir məsuliyyətdir. Hər bir insan ona verilən can əmanətinə görə Allah qarşısında məsuliyyət daşıyır.
"Qurani- Kərim"də də qeyd olunur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Bəzi insanlar deyir ki, Allah məni qoruyar. Amma ağılsız insanları Allah qorumur. Vətəndaşlarımızdan xahiş edirəm ki, özlərini təcrid etsinlər, Allah, cəmiyyət və qanun qarşısında məsuliyyətli davransınlar”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












