Ekspert BNA-nın tenderini tənqid edib, qarşı tərəf ona cavab verib

“Bu il Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən tender keçirilib, müsabiqənin qalibi "Alpina Parking Consulting” MMC şirkəti olub. Bilirsiniz bu şirkət BNA üçün nə edəcək? Yox-yox, nə yol rəngləyəcək, nə avtobus yuyub-dezinfeksiya edəcək, nə də avtobusların təkərinə hava vuracaq - şirkət BNA-ya məsləhət verəcək ki, şəhərdə parking məsələsini necə həll etsin”.
Bunu “Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli özünün “Facebook” səhifəsində yazıb.
N. Cəfərlinin sözlərinə görə, müqavilənin dəyəri 2 mln. 100 min manatdır.
O, "Alpina Parking Consulting” MMC şirkətinin cəmi 4 ay qabaq yaradıldığını, 2 ay qabaq isə bu tenderi udduğunu qeyd edib: “Adamlar dahidirlər yəqin, heç bir təcrübələri yox, uğur hekayələri yox, birdən birə 2,1 mln. manatlıq məsləhət satmağa nail oldular. Bir az qaşısan bu şirkətin B(İ)NA uşaqlarına yaxın olduğu üzə çıxacaq”.
N. Cəfərlinin fikirlərinə Bakı Nəqliyyat Agentliyi (BNA) mətbuat xidmətinin rəhbəri Mayis Ağayev cavab verib.
M. Ağayev qeyd edib ki, son günlər sosial şəbəkələrdə “Alpina Parking Consulting” MMC-nin Bakı Nəqliyyat Agentliyinin keçirdiyi tenderin qalibi olması barədə müxtəlif fikirlər, mülahizələr bildirilir, lakin əsaslı araşdırma aparılmadan yayılan fikirlər insanlarda müəyyən çaşqınlıq yaradır.
M. Ağayev qeyd edib ki, tenderin qalibi olan “Alpina” şirkəti şəhər nəqliyyatının vacib komponenti olan parklanmanın düzgün idarə edilməsi sahəsində böyük təcrübəyə malikdir: “Bir az zaman sərf internet resurslarında araşdırma yetərlidir ki, şirkət barədə tam dolğun məlumat əldə edəsən. Məlumat üçün bildirim ki, “Alpina Parking Consulting” MMC şirkəti 1997-ci ildə yaradılan “Alpina” Şirkətlər Qrupunun mühüm tərkib hissəsi hesab olunur. Şirkət parklanma sahəsində məsləhət xidmətlərinin göstərilməsi, eləcə də konsepsiya və menecment xidmətlərinin yerinə yetirilməsi üçün təcrübəyə və lisenziyalara malikdir”. (APA)
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










