Ekspert: "Cərimələri tətbiq etmədikdə qayda pozuntuları adi hal alacaq"

Bakı Nəqliyyat Agentliyi (BNA) karantin rejimi ilə əlaqədar Bakının küçə və prospektlərində nəqliyyat sıxlığının olmaması və bu ərəfədə şəhər sakinlərinə dəstək göstərilməsi məqsədilə martın 21-dən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini dayandırıb. Lakin aprelin 27-dən karantin rejiminin yumuşaldılması ilə bəzi xidmət sahələrində fəaliyyətin bərpası küçələrdə nəqliyyat vasitələrinin və piyadaların intensivliyini artırıb. Bununla da, bəzi ərazilərdə dayanma-durma və parklanma qaydalarının pozulması avtomobillərin və piyadaların hərəkətində maneələr yaratmaqla bəzi hallarda nəqliyyat sıxlığına gətirib çıxarıb.
Bu səbəbdən agentlik mayın 1-dən etibarən dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan əraziləri nəzarətə götürəcəyini və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlərin görüləcəyini açıqladı.
Bəs hazırda dayanma-durma və parklanma ilə bağlı cərimələrin tətbiqi nə qədər aktualdır?
Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirib ki, pandemiya ilə bağlı dövlət qurumları vətəndaşların izolyasiya tədbirlərinə əməl etməsi üçün səy göstərirlər:
"Təəsüf ki, bu fəaliyyətlər əsnasında bəzi vətəndaşlarımız qayda pozuntuları etməkdə davam edir, hətta bəzən bu sahədə cəza tədbirləri görülmədiyi üçün daha kobud qayda pozuntuları edirlər. Hal-hazırda pandemiyanın əvvəlki dövrlərə nisbətən azaldığını və müalicə olunub sağalanların yeni yoluxanlardan dəfələrlə çox olduğunu nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah izolyasiya tədbirlərinin yumuşaldılması yönündə tədbirlər həyata keçirir. Bu da küçəyə çıxan və yollarda hərəkət edən insanların sayında artıma səbəb olur".
Ekspertin sözlərinə görə, bu ərəfədə dayanma-durmanın və parklanmanın qadağan olunduğu yerlərdə bununla bağlı qadağaların pozulduğunun şahidi oluruq:
"Bu da haqlı olaraq narahatçılıq yaradır və hərəkət iştirakçılarına mane olur. Artıq həyat normal qaydalara dönməyə başlayır. Buna görə də, müşahidə kameraları vasitəsilə istər yol-patrul xidməti əməkdaşları, istərsə də BNA tərəfindən cərimə sanksiyalarının tətbiq edilməsinin vaxtı çatıb. Çünki bu cərimələri tətbiq etmədikdə qayda pozuntuları adi hal alacaq və getdikcə çoxalacaq".
"Vətəndaşlarımız təəsüf ki, cərimə tədbirlərinin tətbiq edilməməsindən yararlanaraq bundan sui-istifadə edir və qaydaları pozmağa meyl edirlər. Buna görə də, artıq tədricən cərimələrin tətbiq edilməsinə ehtiyac var", - deyə ekspert əlavə edib.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










