Ekspert: "Dəmir yolu stansiyaları Nəqliyyat Mübadilə Mərkəzlərinə çevrilməlidir"

“Bakı və onun ətrafında dəmir yolu nəqliyyatı sərnişindaşımada əsas nəqliyyat növünə çevrilə bilər. Artıq bu istiqamətdə iş aparılır”.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev dəmir yolunun sərnişindaşımadakı rolunu şərh edərkən bildirib.
"Yaxın günlərdə, Novruz bayramına qədər Abşeron dairəvi dəmir yolu xətti tam işə düşəcək və sürət qatarları Fatmayi, Goradil və Novxanı qəsəbələrindən də keçəcək. Bundan başqa, həmin qatarların marşrutunun Bakının Maştağa qəbəsindən keçməklə Bağlar istiqamətində, eləcə də Zirə qəsəbəsindən keçməklə Dübəndi istiqamətində uzadılması nəzərdə tutulub. Odur ki, dəmir yolu nəqliyyatının sərnişindaşımada əsas nəqliyyat növünə çevrilməsi realdır. Hesab edirəm ki, dəmir yolu stansiyaları Nəqliyyat Mübadilə Mərkəzlərinə çevrilməli, insanların stansiyalara rahat gəlişi təmin edilməlidir. Bu baxımdan avtobusla qidalandırıcı rol oynamalıdır", - o deyib.
Ekspert bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Biləcəri dəmir yolu stansiyasında yükdaşıma funksiyasının bir hissəsinin digər yerlərə köçürüləcəyini elan edib: "Bu isə Abşeron yarımadasında sərnişin qatarlarının daha intensiv fəaliyyətinə şərait yaradacaq. Hazırda Bakı-Biləcəri-Xırdalan-Sumqayıt dəmir yolu xəttində yük qatarları da hərəkət edir. Bu isə o deməkdir ki, yük qatarlarının işləməsi üçün müəyyən vaxt lazımdır. Bu vaxt ərzində isə sərnişin qatarları işləyə bilmir. Hazırda rəqəmlərə baxsaq dəmir yolu ilə sərnişindaşınma kütləvi şəkildə həyata keçirilmir, çünki müntəzəmliklə bağlı problem var”.
Xatırladaq ki, Prezident İlham Əliyev 2018-ci il martın 7-də Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu istiqamətdə işlərin təşkili üçün “Azərbaycan Dəmir Yolları”na 100 milyon manat ayrılıb. Bu il Bakıətrafı dəmir yolunun çəkilişinin əsas mərhələsi başa çatacaq, yəni, dairə birləşəcək. Ondan sonra isə dəmir yolu olmayan qəsəbələrə dəmir yolunun çəkilişi nəzərdə tutulur.

Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










