Ekspert: "İzolyasiya tədbirləri ilə ictimai nəqliyyatda sıxlıq tamamilə aradan qalxıb"

Koronavirus pandemiyası ilə bağlı həyata keçirilən izolyasiya tədbirləri zamanla daha da sərtləşdirilir. Belə ki, zəruri fəaliyyət növləri ilə məşğul olmayan şəxslər yaşayış yerini tərk etmək üçün artıq icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidir.
Bəs sosial təcridetmə ilə bağlı görülən işlər ictimai nəqliyyatda sıxlığa necə təsir edib?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirdi ki, virusa qalib gəlmək üçün bu tədbirləri mütləq həyata keçirməliyik:
"İzolyasiya tədbirləri çərçivəsində metro tamamilə bağlandı, hazırda əsasən avtobuslar fəaliyyət göstərir. İctimai nəqliyyatın fəaliyyətini tamamilə dayandırmaq isə mümkün deyil. Çünki elə peşə sahibləri var ki, onlar mütləq işə getməli, fəaliyyət göstərməlidirlər. Fəaliyyəti zəruri olan peşə sahiblərinin hərəkətinə dövlət tərəfindən də icazə verilir. Bu mühüm sahələrə ərzaq məhsullarının istehsalı, kommunal sahədə fəaliyyət göstərən qurumlar, xəstəxanalar, marketlər və s. daxildir. Bu şəxslərin işə getməsi üçün ictimai nəqliyyatın fəaliyyəti zəruridir".
Ekspertin sözlərinə görə, son zamanlar tətbiq olunan izolyasiya tədbirləri sayəsində ictimai nəqliyyatda sıxlığın tamamilə aradan qalxdığının şahidi oluruq:
"Həmçinin nəinki ictimai nəqliyyatda, iri küçə və prospektlərdə də ümumiyyətlə, nəqliyyatın tək-tək hərəkət etdiyi görünür. Virusun hava-damcı yolu ilə yoluxduğunu nəzərə alaraq yoluxmanın qarşısını almaq üçün bu tədbirlərin həyata keçirilməsinin vacib olduğunu qeyd edə bilərik. Eyni zamanda, insanların sıx yerlərdə, ictimai nəqliyyatda az sayda olması, virusa yoluxmasının qarşısını ciddi şəkildə alacaq. Buna görə də, avtobuslarda insanların sayının barmaqla sayılacaq qədər olması, müsbət hadisə kimi qiymətləndirilməlidir. Bu, müvəqqəti çətinlikdir və izolyasiya tədbirləri ilə biz bu bəladan birlikdə qurtulacağıq".
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO












