Ekspert: "Özəl daşıyıcı şirkətlər dövlət dəstəyindən kənarda qalmamalıdır"

Dünyada yayılmış COVID-19 virusu iqtisadiyyata ciddi ziyan vurmaqdadır. Xüsusilə nəqliyyat sahəsi bundan əziyyət çəkir. Bəs Nəqliyyat sahəsinə dəymiş ziyanın azaltmaq üçün hansı tədbirlər görülməlidir?
Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, ilk növbədə daşıyıcı şirkətlərə müəyyən güzəştlər tətbiq etmək olar. "İlkin mərhələdə bununla paralel həm də dövlət tərəfindən maliyyə yardımı edirsə çox yaxşı olar. Çünki dövlətin balansında olan daşıyıcı şirkətə onsuz da müəyyən güzəştlər tətbiq edilir, dəstək olur. Amma özəl daşıyıcı şirkətlər bu çətin günlərdə dövlətin nəqliyyat sahəsindəki yükünü daşıdılar və daşımaqdadırlar. Təsəvvür edin bütün metro bağlanıb, taksilərin fəaliyyətinə məhdudiyyət qoyulub. Amma bu gün özəl daşıyıcı şirkətlər dövlət tərəfindən qəbul olunan hər bir qərarda ön sıralarda dayanırlar. Bu gün yanacağı nəzərdə alanda sərnişinlərin sayını nəzərə alanda onlar zərərlə işləyirlər. Bu baxımdan düşünürəm ki, sərnişin daşıma sahəsində zərərə uğrayan bir çox şirkətlər var. Xüsusilə bu avtovağzaldan-avtovağzala sərnişin daşıyan işləyən şirkətlərdir və taksi şirkətləridir. Həmçinin metropoliten, hava limanı istiqamətində işləyənlər bura daxildir."
Ekspert bildirib ki, bu şirkətlərə də dövlət tərəfindən müəyyən dəstək olunur. "Dəstək olunursa özəl şirkətlər də dəstəkdən kənar qalmamalıdırlar. İlkin mərhələdə düşünürəm ki, vergilərdən bir müddət azad edilməlidir. Cənab Prezident çıxışında dəfələrlə deyib sahibkarlara yardım olmalıdır. Yəni bu koronavirus pardemiyasından zərər görən sahibkarlara mən düşünürəm ki, elə burda da zərər görən sahibkarların ən ön sıralarda dayanan daşıyıcı şirkətlərdir ki, onlara dəstək olmalıdır."
Gültən
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












