Ekspert qatarların sürətini artıracaq zəruri tədbirləri açıqladı

Sürət sərnişindaşımada əsas amillərdən biridir. Bu, dəmir yolu üçün də belədir. Ümumiyyətlə, bu nəqliyyat növündə sürətin daha da artırılması nəyin hesabına təmin oluna bilər?
Bu barədə açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev sürət həddinin artırılmasının birbaşa olaraq hərəkətin təhlükəsizliyini təmin edən infrastrukturun səviyyəsindən asılı olduğunu deyib:
“Sərnişin qatarlarının hərəkət sürəti sərnişindaşımanın keyfiyyətinin vacib göstəricilərindən biridir. Sürətin rasional və sistematik qaydada artırılması zəruri texniki-iqtisadi tədbirdir. Dəmir yolu nəqliyyatı hava və avtomobil nəqliyyatına nisbətən bir sıra üstünlüklərə malikdir. Bura ekoloji təmiz olmaq, təhlükəsizlik, rahatlıq, nisbətən aşağı qiymətlə səyahət etmə və cədvələ uyğun davamlı hərəkət kimi amillər daxildir. Belə olan halda həm də sərnişin qatarlarının sürətinin artırılması “Azərbaycan Dəmir Yolları” QSC-yə hava və avtomobil nəqliyyatına nisbətdə daha rəqabətqabiliyyətli xidmət göstərməyə imkan verir. Bu da öz növbəsində dəmir yoluna daha çox sərnişin cəlb edərək daşımaların rentabelliyini artırır”.
“Sərnişin qatarlarının hərəkət sürətinin artırılması böyük iqtisadi effekt verir, istismar xərclərinə qənaət edilir. Lakin bilmək lazımdır ki, sürətin hər kilometr saat artırılması əlavə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini tələb edir ki, bu da əlavə maliyyə-material xərclərinə gətirib çıxarır. Bura daha çox tunel tipli yolötürücüləri tikilməsi, dəmir yolu xətləri boyunca çəpərlənmə işlərinin sürətləndirilməsi, siqnalizasiya sistemlərinin təkmilləşdirilməsi, dəmir yolu xətlərinin modernləşdirilməsi daxildir”, - ekspert vurğulayıb.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












