Ekspert: “Sarı kəsişmə toru sürücülərin qaydalara diqqətini artırdı”

Tıxaclar hərəkət təhlükəsizliyi səviyyəsinin aşağı düşməsinə, insanların lazımi ünvana gecikməsinə, operativ nəqliyyat vasitələrinin ləngiməsinə, eyni zamanda ekoloji və iqtisadi zərərə səbəb olur. Yol hərəkətinin əsas iştirakçısı kimi sürücülər tıxacların yaranmasında müəyyən qədər məsuliyyət daşıyırlar. Avtosfer.az-ın məlumatına görə Azərbaycan Texniki Universitetinin "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasının dosenti Allahverdi Şərifov "Finans.az”a verdiyi açıqlamada bildirib ki, bəzən sürücülərin qeyri-peşəkarlığı tıxaclara səbəb olur:
"Tıxacların yaranmasında sürücülərin törətdiyi qayda pozuntularının da rolu var. Bəzi sürücülərimiz səbrsizdir. Onlar bir-birinə sürücü hörməti qoymalı, bir-birini başa düşməlidir. Bundan əlavə, sürücülərin qeyri-peşəkarlığı da tıxaclara səbəb olur. Məsələn, kəsişmə yollarında sürücü qarşı tərəfə keçəndə tıxac yaranır. Yollardakı sarı kəsişmə toru yol ayrıcının sərhədlərini bildirir. Yolda tıxac olsa belə, sürücü o sərhədləri keçməməlidir. Yollarımızda sarı kəsişmə toru istifadə ediləndən sürücülər qaydalara riayət edirlər. Sarı kəsişmə torunun tətbiqi sürücülərin qaydalara daha çox diqqət etməsinə səbəb oldu”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












