Ekspert: "Sərnişinlər bəzi qaydalara riayət etmir"

Aprelin 27-dən pandemiya ilə bağlı tətbiq edilən xüsusi karantin rejiminə aid məhdudiyyətlərin bir qisminin yumşaldılmasına başlanılıb. Artıq “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu onlayn növbə tutmaqla həyata keçirilməyə başlayıb. Həmçinin repetitor xidmətləri, kitab, qəzet və dəftərxana mallarının satışı, fotostudiyalar və dərzi fəaliyyəti, kosmetika, geyim, ayaqqabı, mebel, avtomobil satışı və s. iş və xidmət sahələrində fəaliyyət bərpa olunub. Bu da təbii olaraq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayının artmasına səbəb olub.
Bəs bu dövrdə ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar sosial məsafə qaydalarına nə dərəcədə əməl edir?
Avtosfer.az-ın məlumatına görə məsələ ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli bildirdi ki, artıq aprelin 27-dən etibarən sərnişinlərin sayının artması müşahidə edilir:
"Təəsüf ki, əvvəl tətbiq olunan bəzi qaydalara sərnişinlər tərəfindən riayət olunmur. Bilirsiniz ki, Bakı Nəqliyyat Agentliyi (BNA) "BakuBus" avtobuslarında sosial məsafənin saxlanması ilə bağlı müəyyən tədbirlər görmüşdü. Burada avtobus salonuna daxil olan sərnişinlər arasında məsafənin qorunması üçün yan oturacaqların boş saxlanılması tövsiyə olunurdu. Lakin hazırda bəzi avtobuslarda sərnişinlər sosial məsafəni saxlamayaraq yan-yana əyləşirlər. Hal-hazırda sərnişinlər bəzi qaydaları pozmaqda davam edir ki, bu da təhlükəlidir. Düşünürəm ki, BNA karantinlə bağlı qaydaları bir daha sərtləşdirməlidir".
Ekspert ictimai nəqliyyatdan istifadə edən şəxslərin təhlükəsizlik baxımından bir neçə qaydalara əməl etməli olduğunu bildirib:
"İctimai nəqliyyatdan istifadə edən vətəndaşlar ilk növbədə sıxlıq olan avtobuslara əyləşməsinlər, daxil olduqları avtobuslarda isə ən azı 1,5 m sosial məsafə saxlamaları təhlükəsizlik baxımından önəmlidir. İctimai nəqliyyatda mümkün qədər qoruyucu maskalardan, avtobusdan endikdə isə dezinfeksiya məhsullarından istifadə etməlidirlər".
Ekspertin sözlərinə görə, sərnişinlərin bu qaydalara əməl etməsinə avtobus dayanacaqlarında olan dispetçerlərin nəzarət etməsi məqsədəuyğun olar:
"Həmçinin sərnişinlərin qaydalara əməl etməsi üçün təşviqə ehtiyac var. Buna görə də, avtobus dayanacaqlarında olan dispetçerlər sərnişin davranışlarına nəzarət edə bilər. Bununla bərabər, Bakı şəhəri daxilində fəaliyyət göstərən marşrut avtobuslarının sayı da artırıla bilər".
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











