Ekspert: “Taksi sürücüləri statistika xatirinə alətə çevrilir”

“Taksi sürücüsü olmaq istəyən onminlərlə insan gedir "Asan imza" alır, VÖEN açdırır. "Buraxılış" almaq üçün rüsum ödəyir. Serifikat almaq üçün rüsum ödəyir. Vergi hesabatı verir. Posterminal alır yenə də vergi ödəyir. 2024-cü ildə təxminən 34 198 taksi sürücüsü xüsusi təlimlərdən keçib”.
Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib.
Ekspertin sözlərinə görə, 40 min nəfərə yaxın insan taksi sürücüsü olmaq üçün qeyd edilən xərcləri çəkib:
“Və budur son iki ildə Bakıda taksilərin sayı 67 mindən 25 minə qədər azaldılır. Niyə Nazirlər Kabineti AYNA-ya, DİM-ə limit tətbiq etmir? Adamlara desinlər ki, siz iş tapa bilməyəcəksiniz! Boşuna VÖEN, Sertifikat, Buraxılış almayın. Bilirsiniz niyə demirlər? Çünki VÖEN açdırıb aktiv vergi ödəyicisi olan fiziki şəxs işsiz sayılmır. Statistikada da işsiz əhalinin sayını az göstərmək lazımdır. Dünya Bankı və sair qurumlar da məhz bu datalara baxır. Adamlar işləyir. Vergi ödəyicisidir. Bir zamanlar sosial yardım almaq üçün insanlar pay torpaqlarında VÖEN açdırıb ailədən bir nəfəri işləyən, vergi ödəyən kimi göstərirdilər. Eyni situatsiyadır. Heç olmasa DİM, AYNA bu "Sertifikat", "Buraxılış" kampaniyasını dayandırın. İnsanları statistika, "işləyən" kimi göstərmək xatirinə alətə çevirməyin”.(adalet.az)
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












