Ekspert: “Tunel tipli yolötürücülərinin tikilməsinə qatarların hərəkət sürətini artıracaq”

Dəmir yolu ilə avtomobil yollarının kəsişməsində tunel tipli yolötürücülərinin tikintisi nəqliyyatın effektiv təşkili baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən tikilməsi planlaşdırılan 15 tuneldən 9-u artıq istismara verilib.
Ümumiyyətlə, müxtəlif səviyyəli keçidlərin inşasının əhəmiyyəti nədir?
Avtosfer.az xəbər verir ki ,bu barədə "Finans.az"a açıqlama verən nəqliyyat üzrə ekspert İlqar Hüseynli tunel tipli keçidlərin tikintisinin müxtəlif nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilinə əhəmiyyətli keyfiyyət dəyişiklikləri gətirdiyini deyib:
“Dəmir yoluna təsiri ondan ibarətdir ki, qatarların hərəkətinin təhlükəsizliyi təmin olunur ki, bu da nəticə etibarı ilə sürətin artmasını təmin edir. Eyni zamanda avtomobil nəqliyyatının davamlı hərəkəti təmin olunmaqla nəqliyyat sıxlığı və tıxaclar aradan qaldırılmış olur. O ki qaldı piyadalara, bu zaman söhbət ən mühüm amil olan təhlükəsiz hərəkətinin təmin olunmasından gedir”.
Onun sözlərinə görə, bu tip yolötürücülərin tikintisi perspektivdə bir nəqliyyat növünün digərinə mane olması amilini minimuma endirəcək.
“Eyni zamanda belə tunellər yol nəqliyyat hadisələrinin azaldılmasına da xidmət edir. Belə ki, hətta tənzimlənən keçidlərdə belə avtomobillərin qatarların yoluna çıxması nəticəsində qəzaların baş verməsinə şahid oluruq. Bu mənada belə tikililər qəzaların profilaktikası baxımından da mühüm əhəmiyyət kəsb edir”, - İ.Hüseynli vurğulayıb.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











