Ekspert: “Virusa qarşı məsuliyyətsiz yanaşan insanlara ictimai qınaq bildirilməlidir”

İctimai nəqliyyatda maska taxmaq məcburi elan edilməsinə baxmayaraq hələ də bundan boyun qaçıranlara rast gəlirik. Artıq ölkə rəhbərliyinin də çıxışlarında insanları fərdi şəkildə məsuliyyətli olmağa, məsuliyyətli olmayanlara irad bildirməyə təşviq edən fikirlər səsləndirilib.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Report”a deyib ki, məsuliyyətsiz davranan sərnişinlərə mülayim şəkildə irad bildirilməlidir:
“İctimai qınaq, ictimai məsuliyyət ifadələri son günlərin aktiv və vacib əməl edilməli terminləridir. Ölkə başçısı da öz çıxışında vətəndaşları fəal olmağa, qaydalara riayət etməyənlərə irad bildirməyə çağırıb. Lakin hazırda cəmiyyətdə psixloji durum o qədər gərgindir ki, kiməsə irad bildirilməsi əlbəyaxa davaya qədər gətirə bilər. Gərək vətəndaşlara yüngül formada xahiş edərək maska taxmalı olduqlarını bildirəsən. Məsələn, Avropa ölkələrində bəzən belə şüarların şahidi oluruq: “Həyəti zibilləmədiyinizə görə sizə təşəkkür edirik”. Biz də bu kimi gedişlərdən istifadə edə bilərik. Avtobuslarda “maska taxdığınıza görə sizə təşəkkür edirik” kimi şüarlardan istifadə etmək olar”.
Ekspert qeyd edib ki, məsuliyyətsiz davrananlara kütləvi iradlar bildirilsə daha yaxşı olar:
“Avtobusda məsuliyyətsiz davranan sərnişinə eyni vaxda digər bir neçə nəfər sərnişin bildirsə, bu daha effektli olar. Bəzən bir nəfər irad bildirir, qarşı tərəf ona kobud cavab verir, digərləri isə hadisəni sadəcə seyr etməklə kifayətlənir. Maska taxmaq, ara məsafəsi saxlamaq fərdi olaraq insanların daxilindən gələn məsuliyyət məsələsidir. Bəzi insanlar hələ də bunu qəbul etmək istəmir. Polis görəndə isə dərhal tələblərə əməl edirlər. Çünki bilirlər ki, cərimə tətbiq olunacaq. Amma hər avtobusa bir polis qoymaq da mümkün deyil. Bu, əslində bir növ insanlarımızı alçaltmaq olar. İnsanlar özü öz məsuliyyətlərini dərk etməlidir”.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən avtobuslarda sosial məsafəyə riayət edilməsi istiqamətində əhaliyə mütəmadi çağırışlar edilir, ayrı-ayrı dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzində tibbi maskalar və pandemiya ilə bağlı məlumatlandırıcı broşürlər paylanılır. Agentlikdən sürücülərə verilən tapşırığa əsasən sərnişinlərdən maska taxmayan olarsa, avtobusun dayanacaq məntəqəsini tərk etməsi qadağan edilib.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












