Ekspert: “Yollarda inşa edilən çıxıntılar həm də piyada təhlükəsizliyi üçündür”

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtda bir sıra küçələrin optimallaşdırılması həyata keçirilir. Bu zaman yollarda yeni çıxıntılar inşa edilir ki, həmin çıxıntılar vasitəsilə yolun parklanma hissəsi hərəkət hissəsindən ayrılır.
Avtosfer.az-ın məlumatına görə tətbiq edilən bu yeni yanaşma barədə "Sfera.az” saytına fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev bildirib ki, sözügedən çıxıntılar nəticəsində yol hərəkəti nizamlı şəkildə təşkil olunur:
"Əvvəllər küçələrdə hərəkət hissəsinin kənarında avtomobillər park edilirdi. Bu zaman yol iki hissəyə bölünürdü və nəticədə hərəkət xoatik şəkil alırdı. Əgər küçələrdə parklanmaya icazə verilibsə, həmin parklanma hissəsi ümumi hərəkət hissəsindən ayrılmalıdır. Parklanma üçün olan ərazi hissələrə bölünməli və çıxıntılar vasitəsilə hərəkət hissəsindən fərqlənməlidir. Sürücülər də dərhal bilməlidir ki, yolun hansı hissəsi hərəkət üçün, hansı hissəsi isə parklanma üçündür. Əvvəllər avtomobillər yol kənarında heç bir ayrıca ərazi olmadan, xaotik şəkilə parklanırdı. Ona görə də yolun hərəkət hissəsinin eni hər dəfə müxtəlif ölçülərdə olurdu. Yolun hər iki tərəfində avtomobil dayananda isə ümumiyyətlə yol bağlanırdı”.
Ekspert bildirib ki, çıxıntılar eyni zamanda piyadalar üçün də mühüm əhəmiyyət kəsb edir:
"Çıxıntılarla təchiz edilmiş yollarda sürücülər piyadaları daha yaxşı görürlər və bu da təhlükəsizliyi təmin edir. Digər tərəfdən bu çıxıntılar vasitəsilə avtomobillər artıq piyada keçidlərinin üstündə dayana bilmirlər. Bu da müsbət bir haldır. Eyni zamanda bu çıxıntıların yaradılması nəticəsində sürücü piyadanın piyada keçidinə çıxmasını aydın şəkildə görə bilir. Əvvəllər isə park edilmiş avtomobillər piyadanın görünməsinə imkan vermirdi. İndiki halda isə piyada tam təhlükəsiz şəkildə yol kənarına çıxa bilər. Çünki sürücü onu dərhal görür. Beləliklə, bu yeni yanaşma nəticəsində yol hərəkəti bir qədər nizamlanır. Çünki parklanma hissəsi hərəkət hissəsindən tam olaraq ayrılır. Piyada keçidləri isə daha təhlükəsiz olur və sürücülərin piyadaları rahat görməsi təmin edilir”.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










