Ekspert: “Yollarda tıxacın yaranma səbəblərindən biri xüsusi avtobus zolağının olmamasıdır”

Koronavirusun yayılmasından əvvəlki dövrlərdə Bakı yollarında yaranan tıxaclar insanların, xüsusilə də avtobuslardan istifadə edən sərnişinlərin mənzil başına vaxtında çatmasına maneə olurdu. Yollarda minik avtomobilləri ilə sərnişin avtobuslarının eyni xətt üzrə hərəkət etməsi isə sıxlığı daha da artırırdı. Elə indiki şəraitdə də xüsusi karantin rejiminə uyğun olaraq yollarda postlar qurulub ki, bu postlarda minik avtomobillərinin yoxlanışı zamanı avtobusların da hərəkətində ləngimələr yaranır.
Nəqliyyat üzrə ekspret Natiq Nazimoğlu “Avtosfer.az” saytına verdiyi açıqlamada bildirib ki, avtobuslar üçün ayrıca hərəkət zolaqlarının yaradılması yollarda tıxacın qarşısının alınması üçün ən effektiv tədbirlərdən biridir:
“Avtobuslar üçün ayrıca bir zolaq olmadığından minik avtomobillərini yoxlayanda avtobusların da hərəkəti ləngiyir. Ayrıca zolaq olsa avtobus da bir nöqtədən digərinə vaxtında çatar. Yollarda qurulan postlarda bütün nəqliyyat vasitələri üçün yalnız bir keçid dəhlizi qoyulur ki, bu da avtobusların hərəkət axınına maneə olur. Düşünürəm ki, əlavə sarı zolaq çəkilməli və avtobuslar onlar üçün ayrılmış hissədə hərəkət etməlidirlər. Bəzi xarici ölkələrdə yollarda bu məqsədlə dəmirdən sədlər çəkilir, səddin bir tərəfi ilə minik avtomobilləri, digər tərəfi ilə isə avtobuslar hərəkət edir. Yollarda tıxacın yaranma səbəblərindən biri avtobuslar üçün xüsusi zolağın olmamasıdır. Insanlar tıxacda qalacaqlarını və ləngiyəcəklərini düşündükləri üçün avtobusla deyil, şəxsi avtomobilləri ilə getməyə üstünlük verirlər. Bu isə tıxacı daha da artırır. Bakıda bir sıra iri prospektlər var ki, orada belə xüsusui zolaqların ayrılması mümkündür. Digər prospektlərdə xüsusi avtobus zolaqlarının yaradılmasının tıxaca səbəb olub-olmayacağını təhlil etmək lazımdır. Amma həmin iri yollarda ayrıca zolaqların yaranması tıxacın aradan qaldırılması isiqamətində böyük addım olar. Bu, avtobuslar arası intervalı azaldar, onların hərəkətini sürətləndirər və lazımı ünvana vaxtında çatmasını təmin edər. Vacib deyil ki, dəmir sddlər quraşdıraq. Əgər sarı zolaq çəkilsə hamı bilər ki, onun üzərinə çıxmaq olmaz və insanlar da getdikcə bütünlüklə buna riayət edərlər”.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












