Ekspert: “Zərurət olmadan avtobuslardan istifadə edənlər cəzalanmalıdır”

Koronavirus pandemiyasının ölkədə yayıldığı belə bir həssas dövrdə ictimai nəqliyyat sektorunda da lazımi tədbirlər həyata keçirilib. İctimai nəqliyyat vasitələrinin virusun yayılması baxımından təhlükəli olduğunu nəzərə alaraq Bakıda metronun fəaliyyəti dayandırılıb, insanlara zəruri olmadığı halda evdən çıxmamaq və avtobuslardan istifadə etməmək barədə xəbərdarlıq edilib. Təəssüf ki, bir sıra insanlar hələ də qaydalara etinasız yanaşırlar.
Avtosfer.az-ın məlumatına görə nəqliyyat üzrə ekspert Natiq Nazimoğlu “Report”a açıqlamasında bildirib ki, bu cür insanlara qarşı sərt tədbirlər həyata keçirilməlidir:
“Digər ölkələrə baxdıqda bizdə polis karantin şəraitində insanlarla çox nəzakətlə davranır, onlara mədəni şəkildə xəbərdarlıqlar edir. Təəssüf ki, bəzi insanlar bu cür rəftardan sui-istifadə edirlər. Dəfələrlə insanlara sosial şəbəkələr, televiziya kanalları vasitəsilə müxtəlif çağırışlar edilib, polis tərəfindən xəbərdarlıqlar irəli sürülüb, lakin bəzi insanlar bunlara hələ də məhəl qoymurlar. Qaydalara bu cür məsuliyyətsiz yanaşan insanlara qarşı daha sərt tədbirlər həyata keçirilməli, zəruri olmadığı halda avtobuslardan istifadə edənlər cəzalanmalıdır. Hətta avtobus müəyyən limitdən artıq sərnişin götürərsə avtobusun məxsus olduğu daşıyıcı şirkət və sürücü də cəzalanmalıdır. Çünki bu dəqiqə çox həssas vaxtdır. Dövlət öz öhdəsinə düşənləri artıq edib. İndi vətədaşlardan tələb olunan məsuliyyətli olmalarıdır. İnsanlar bilməlidir ki, tətbiq edilən bütün qadağalar onların xeyrinədir. İctimai nəqliyyatda virus daha surətlə yayıla bilər. Çünki burada insanlar arasında yaxın təmas olur. Əgər insanlar zəruri olmadığı halda belə evdən çıxsalar bu zaman avtobuslarda sərnişin sıxlığının qarşısını almaq çətin olacaq. Nəzərə alaq ki, artıq metronun da fəaliyyəti dayandırılıb”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












