Ekspert : “Zəruri olmadıqda avtobusa minməyən sərnişinlərə təşəkkür düşür”

Paytaxtda pandemiyanın yayılması ilə əlaqədar metronun fəaliyyətini dayandırması sərnişin axınını avtobuslara yönəltdi. Bununla belə günün pik saatları istisna olmaqla paytaxtda avtobusların heç də sıx deyil, yarıdolu vəziyyətdə getdiyinin şahidi oluruq.
Avtosfer.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov verdiyi açıqlamada avtobuslarda sərnişin azlığının səbəblərinə toxunub:
“Birinci dəfə Bakıda karantin rejimi dövründə metro bağlananda avtobuslar daha çox yükləndi. Bu dəfə isə avtobuslarda sıxlıq nisbətən azdır. Çünki sərnişinlər daha diqqətli davranırlar. Artıq əksəriyyət bilir ki, virus daha geniş yayılıb. Birinci dəfə isə virusun varlığına çox adam inanmırdı. Çünki o vaxt yoluxma az idi. İndi isə gündəlik yoluxma halı çoxdur. İnsanlar arasında məlumat da kifayət qədərdir. İnsanlar artıq özlərini qorumağa daha diqqətlə yanaşır, daha az evdən çıxır və daha az avtobusdan istifadə edirlər. Buna görə sərnişinlərə təşəkkür etmək olar”.
Ekspert sərnişin sıxlığının az olmasında daşıyıcı şirkətlərin də əməyini xüsusi vurğulayıb:
“Bakı Nəqliyyat Agentliyi (BNA) fəaliyyətini operativ həyata keçirir və daşıyıcıları tam səfərbər edib. Paytaxtda sərnişindaşımanı həyata keçirən daşıyıcı şirkətlər tam səfərbər olublar. Hazırda iqtisadi maraqlar kənara qoyularaq əhali ilə birgəlik nümayiş etdirilir ki, iqtisadi baxımdan zərərli olsa da bu vəziyyətdən çıxılsın. Ekspres və digər marşrutların tezliyi bu dəfə daha yüksəkdir. Dövlət idarələri də bu dəfə prosesə daha həssas yanaşdılar. Fəaliyyətinə icazə verilən qurumlar öz işçilərini daşımaq üçün servislər təşkil edirlər. İş qrafiklərin sürüşdürülməsi də aparılır ki, bu da sərnişin sıxlığına təsir edir”.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











