Ekspertdən "Nikosayağı"nın qəzasına SƏRT SÖZLƏR - VİDEO

Son zamanlar Azərbaycanda qəzaların sayı artıb. Bunlardan biri də gündəmi zəbt edən “Nikosayağı” ləqəbli bloqer Nicat Şakirlinin törətdiyi qəzadır.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Elməddin Muradlı şəxsi “Facebook” hesabında canlı yayım açaraq məsələyə münasibətini bildirib. Ekspertin sözlərinə görə qəza bir neçə səbəbdən baş verib, yüksək sürətli yollarda yük maşınlarının hərəkəti, dönmə işığından istifadə olunmaması, qəza törədən şəxsin fikrinin yolda olmaması, sürət həddinin aşılması və sair.
“Bloqer dediyiniz Tik-toker Nicat Şakirlinin avtomobildə çəkdiyi bütün videolarında bircə dəfə də olsun görmədik ki, o, təhlükəsizlik kəməri taxsın, üstəlik tək əllə sükanı idarə edir, bir əlində isə reklam etdiyi şirkətin məhsulu bəzən isə iki əlini də sükandan çəkir. Yəni yol hərəkəti qaydalarına “tüpürən”, kobud şəkildə pozan, dəfələrlə yol polisi tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq öz bildiyini edən adam cəzasını aldı. Lakin qolu amputasiya olunan bu şəxs bir nəfərin ölümünə və başqa birinin yaralanmasına səbəb oldu.”
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı videodan məlum olur ki, “Porsche” markalı avtomobil yüksək sürətlə hərəkətdə olduğu an qarşısına çıxan maşınla toqquşmasın deyə son anda sağdan ötmə əməliyyatını yerinə yetirir. Sağ tərəfdə yük avtomobilini görməyən sürücü qəzadan qaça bilmir. Ekspert onu da qeyd edib ki, yük avtomobillərində qoruyucu səd olmalıdır. “Bu məsələyə nəzər salmaq lazımdır ki, yük avtomobillərinin arxa mühafizə qurğusu niyə yerində deyil?”
Qeyd edək ki, Nicat Şakirlinin atası oğlunun yüksək sürətlə hərəkət etdiyini etiraf edib.
Sonda isə Elməddin Muradlı bildirib ki, heç bir tanınmış insana güzəşt etmək lazım deyil. “Məşhur insanlar arasında belə bir fikir formalaşıb ki, “yol polisi bizə həmişə hörmət edir.” Bu hörmət onlara düşmür. Bu da nəticəsi. Əminəm ki, Nicat təhlükəsizlik kəmərindən istifadə etməyib, taxsaydı qolunu itirməzdi, yanındakı da yüngül xəsarətlərlə xilas ola bilərdi. Allah yaralılara şəfa versin, vəfat edənə də rəhmət etsin.”
Daha ətraflı videoda:
Nurlan Sakitoğlu
Aeroportla Bakının əsas məntəqələri arasında servis avtobusları işləyəcək - SABAHDAN
Radikallar seçilsələr, lazımi addımlar atılacaq - İlham Əliyevdən sərt xəbərdarlıq
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakı-Masallı yolunda kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO








