Ekspertdən Operativ Qərargaha təklif: "İcazə sənədlərinə yenidən baxılsın"

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyir ki, xüsusi karantin rejimi ilə bağlı bəzi qaydalar daha da sərtləşdirilə bilər. Səbəb isə yollarda nəqliyyat vasitələri, eyni zamanda insanların sayı çoxdur. Onlar müxtəlif vasitələrlə yola çıxır və gün bu say artır.
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, buna səbəb il ərzində heç bir fəaliyyəti olmayan, boş hesabatlar verən bəzi MMC-lərin isə mövcud qanunvericilikdən istifadə edərək həm özlərinə, həm də dost-tanışlarına icazə arayışları verməsidir. "Sistemə daxil olaraq avtomobilləri, insanları qeydiyyatdan keçirirlər. Odur ki, həmin "sənədlər" əsasında küçədə, yolda insanların, nəqliyyat vasitələrinin sayı artır. Hesab edirəm ki, məsələyə ciddi yanaşıb bu boşluqları aradan qaldırmaq lazımdır. İndiyə qədər heç bir vergi verməyən, boş hesabatlar verən şirkətlərin icazələri ləğv edilməlidir. Belə olarsa müəyyən azalmalar ola bilər."
Ekspert deyir ki, bu gün şəhərin bəzi küçələrində sıxlıq müşahidə olunur ki, bu da ərazilərdə qoyulan postlar və ora yaxınlaşan avtomobillərin sayının çox olması ilə əlaqədardır. "Bunların bir çoxu lüzumsuz olaraq yola çıxır. Yol polisi burada hər hansı bir iş görə bilmir. Çünki polis icraedici orqandır. Odur ki, qəbul olunmuş qərarları icra edir. Əldə olan sənədlər olanda polis onu buraxır. Bir daha qeyd edirəm ki, yenə əsas iş Nazirlər Kabineti yanında Operativ Qərargahın üzərinə düşür. Qaydalara bir daha baxılmalı və ciddi tədbirlər görülməlidir ki, azalma müşahidə olunsun."
Orxan
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












