Əlahiddə Ümumqoşun Orduda keçirilən taktiki təlimlər davam edir - VİDEO

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir. Taktiki təlimlərə motoatıcı və tank bölmələri ilə yanaşı, hərtərəfli təminatın təşkili üzrə digər bölmələr də cəlb edilib. Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, təlimə cəlb edilmiş bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.
Tabor, divizion döyüş atışlı və atışsız təlimlərində əsas diqqət bölmələrin səhra vərdişlərinin yüksəldilməsinə, müasir ümumqoşun döyüşünün hazırlanıb aparılmasına və təlimdə iştirak edən digər qoşun növlərinin bölmələri ilə qarşılıqlı əlaqənin yaradılmasına yönəldilib.
Döyüş atışlı taktiki təlimlərdə bütün silah növlərinin, eləcə də tank və piyadanın döyüş maşınlarının atəşi ilə hədəflər məhv edilib.
Təlimlərdə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış vəziyyətdə bölmələrin döyüş uzlaşması aparılır.
Təlimə cəlb edilən şəxsi heyətin arxa təminatının təşkili məqsədi ilə tabor və divizionların maddi-texniki təminat məntəqələrinə vasitələrin çatdırılması təminedici birləşmə və hissələrin bölmələri tərəfindən icra edilib.
Namiq Musayev
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












