Elçiliyə gedən ailə qəzaya düşdü - Dəhşətli qəzada 3 ölü, 3 yaralı var - VİDEO

Masallı rayonunda “Niva” aşıb. Hadisə rayonun Güllütəpə kəndində baş verib. Qəza nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma aparılır.
Qeyd edək ki, dağlıq ərazidə yerləşən kənd sürüşmə zonası hesab edilir.
***
Masallı rayonunda baş verən dəhşətli qəzada ölən və yaralananlar bir ailənin üzvləri olub. “Niva” markalı avtomobillə Yardımlı rayonuna gedərkən dağa qalxanda maşın aşaraq sıldırımdan dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Şirəliyev Seymur Vidadi oğlu və onun arvadı, 1998-ci il təvəllüdlü Aslanova Rəna Əyyar qızı xəsarət alıb. S.Şirəliyevin anası Sərvinaz Şirəliyeva, qardaşı arvadı, 1993-cü il təvəllüdlü Quliyeva Könül Cəmil qızı və onun bir övladı vəfat edib. Maşında Könül Quliyevanın azyaşlı Nihad adlı oğlu və bir qızı olub. Uşaqlardan biri vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib. Lakin hazırda onların hansının vəfat etdiyini dəqiqləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, sözügedən ailə Yardımlıya elçilik məqsədilə gedirmiş.
***
TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb: “Eyni ailədən kişi, 2018-ci il təvəllüdlü qız uşağı və qadın Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Kişinin vəziyyəti ağır, uşaqla qadınınkı isə orta ağır qiymətləndirilir”.
***
Məlum olub ki, qəza nəticəsində Könül Quliyevanın azyaşlı oğlu Nihad dünyasını dəyişib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI














