Elektrik sayğaclarının mənzillər və evlərdə quraşdırılması qaydası dəyişib

Elektrik sayğaclarının həyət evlərində quraşdırılması qaydası müəyyənləşib, sayğacların mənzillərdə quraşdırılması qaydası dəyişib.
Avtosfer.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Elektrik enerjisindən istifadə Qaydaları”na müvafiq dəyişiklik edib. İndiyə qədər istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilərdi. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalı idi. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalı idi. Dəyişikliyə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












