Ələt azad iqtisadi zonasının yaradılması yükdaşımaları artıracaq

Ələt azad iqtisadi zonasının (Azad Zona) yaradılması dəmir yolu ilə yükdaşımaların inkişafına müsbət təsir edəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri olan “ADY Express” MMC və “ADY Konteyner” MMC -nin mütəxəssislərinin fikrincə, Ələt qəsəbəsində yaradılacaq Azad Zona Bakı-Tbilisi-Qars dəmir yolunu bir qədər də cəlbedici edir.
Azad Zona Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Xəzər hövzəsində ən böyük logistika mərkəzi olaraq fəaliyyət göstərəcəkdir. Yaxın gələcəkdə Azad Zona Avropa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iqtisadi əhəmiyyətini daha da artıracaqdır. Beləliklə, yeni Bakı limanı Avrasiyanın ən əsas nəqliyyat qovşaqlarından birinə çevrilir.
“Son illər ərzində Çindən Avropa istiqamətində artan yükdaşımaların mühüm hissəsi Qazaxıstan dəmir yolları vasitəsi ilə həyata keçirilir. Mərkəzi Asiya və Əfqanıstandan Avropa istiqamətində olan nəqliyyat marşrutu isə Türkmənistandan keçir. Qazaxıstan və Türkmənistan son illər ərzində iri infrastruktur layihələri həyata keçiriblər. Regionda həcmi artan yüklərin bir qismi Qazaxıstanda yeni inşa edilən Kurık və yenidən qurulan Aktau limanlarından, digər hissəsi isə Türkmənistanın yenilənmiş Türkmənbaşı limanından bərələr və fider gəmiləri vasitəsi ilə yeni Bakı limanına çatdırılacaq və daha sonra Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Avropaya nəql ediləcək”, “ADY Express” MMC və “ADY Konteyner” MMC-dən deyə bildiriblər.
Türkiyə tərəfindən Bosfor boğazında dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi də Bakı-Tbilisi-Qars dəmir yolunun və Azad Zonanın əhəmiyyətini artırır. Bununla da, yüklərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçirməklə Avropa və Asiyaya çatdırılması təmin olunacaq.
Ələt azad iqtisadi zonasının fəaliyyəti Çin, Hindistan, İran, Rusiya və Mərkəzi Asiya regionu ilə Türkiyə və Qərb dövlətləri arasında ticarətin inkişafında və daha da sürətləndirilməsində böyük rol oynayacaq.
Qeyd edək ki, 22 may 2020-ci il tarixində Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Azad Zona və Azad Zonanın səlahiyyətli qurumu yaradılıb. Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib.
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR










