Elşad Hacıyev: "Hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir"

"Bütövlükdə işin ümumi ahəngi və bizim çağırışlarımız, tövsiyələrimiz ona yönəlib ki, əhali koronavirusa və pandemiyaya qarşı mübarizədə maksimum fəallıq göstərməli, həmrəylik nümayiş etdirməlidir".
Avtosfer.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, xüsusi zərurət və ehtiyac olmadıqda vətəndaşların çölə çıxmamaları tövsiyə olunur:
"Vətəndaşlar həmrəylik göstərməklə əslində dövlətə, bu sahədə təşkilatlanmış strukturlara kömək etmiş olurlar ki, bizim də iş yükümüzü azaltmış olurlar. Dünyada baş verənlərlə bağlı Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə baxdıqda və Azərbaycanla müqayisə etdikdə, ölkəmizdə durum o qədər acınacaqlı deyil. Amma bütövlükdə bu bəşəri bəlanın aradan qalxması və ölkəmizin minimum itkilərlə xilas olması üçün hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir".
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












