“Əminəm ki, hər kəsin koronavirusa yoluxan yaxını olacaq” - Ramin Bayramlı - VİDEO
Gündəm
7 İyun 2020 21:46

Ən təhlükəli metodlardan biri də evdə özünü müalicədir
Fiziki məsafənin gözlənilməməsi, maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, hələ də, virusa inanmayanlar var: "Ancaq mən əminəm ki, hər kəs öz çevrəsində yaxınlarından birinin koronavirusa yoluxduğunun şahidi olacaq".
R. Bayramlı bildirib ki, son günlər koronavirus xəstələrinin vəziyyəti ağırlaşır. Belə ki, əvvəllər xəstəliyi siptomsuz keçirənlər, 7 günün tamamında sağalma başlayırdı. İndi isə yoluxmanın sayı artır və virusun, sanki mutasiyası da artır. Artıq, nəinki 7-ci günün tamamında, 14 hətta 21-ci günün tamamında da xəstəlik davam edir, testlər pozitiv çıxır.
TƏBİB sədri qeyd edib ki, ən təhlükəli metodlardan biri də evdə özünü müalicədir: "Bir çox insanlarımız evdə özünü müalicə etməyə çalışır. Bu qripə soyuqdəymə, adi qrip kimi yanaşanlar çox ağır vəziyyətdə olanda bizə müraciət edir".
TƏBİB sədri insanları qəti olaraq bu yanaşmadan çəkinməyə çağırıb.
Həftəsonları sərt karantin qaydalarının tətbiqinin nə vaxt ləğv ediləcəyi isə vətəndaşların sanitar gigiyena təlimatlarına düzgün əməl etmələrindən asılı olacaq.
Oxunub : 2748
DİGƏR XƏBƏRLƏR
30 Sentyabr 2026 21:55
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
30 Sentyabr 2026 21:00
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
30 Sentyabr 2026 18:54
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
30 Sentyabr 2026 18:03
Bu yollarda tıxac var - SİYAHI - FOTO
30 Sentyabr 2026 16:41
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
30 Sentyabr 2026 16:00
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
30 Sentyabr 2026 12:48
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
29 Sentyabr 2026 21:00
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
29 Sentyabr 2026 20:18
Tramp İranla münaqişədən DANIŞIB
29 Sentyabr 2026 19:30
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
29 Sentyabr 2026 18:30
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
29 Sentyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
ŞƏRH YAZ












