Entoni Fauçi: "Dünya hələ koronavirus pandemiyasının başlanğıcındadır"

Dünya hələ yeni koronavirus pandemiyasının ilkin mərhələsindədir. Bu fikri ABŞ-ın baş infeksionisti, koronavirusla mübarizə üzrə işçi qrupunun baş eksperti doktor Entoni Fauçi səsləndirib.
“Biz Braziliya və Cənubi Afrika Respublikasında və indi də Asiyada koronavirusa kütləvi yoluxma hallarını müşahidə edirik. Biz çox güman ki, zəifləmədən öncə güclənəcək qlobal pandemiyanın hələ başlanğıcındayıq”, - deyə baş infeksionist qəzetə müsahibəsində bildirib.
Onun sözlərinə görə, dünya ölkələri pandemiyanın qarşısını almaq üçün birlikdə koordinasiyalı tədbirlər görməsə, virus daha bir neçə ay aktiv yayılacaq. Entoni Fauçi, həmçinin hökumətin ABŞ-da koronavirus infeksiyasının qarşısını almaqda aciz olduğunu etiraf edib. “Bəzi ştatlar fəaliyyəti bərpa etmək üçün tələsdilər və məhdudiyyətləri tez aradan qaldırdılar. İnsanların çoxu, əsasən də gənclər tövsiyələrə əməl etmədilər. Nəticədə Kaliforniya, Arizona, Florida və Texas kimi ştatlarda yoluxma halları artmağa başladı”, - deyə mütəxəssis əlavə edib.
ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.
Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, hazırda Birləşmiş Ştatlarda 3 milyon 161 mindən çox yoluxma və 134 min 940 ölüm faktı qeydə alınıb, 1 milyon 393 min 363 nəfər isə koronavirus xəstəliyindən sağalıb. (AZƏRTAC)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











