“Ər-arvad etibarnaməsiz maşın sürə bilərmi?” sualına RƏSMİ CAVAB

Bir müddət öncə Azərbaycanda ər və ya arvaddan birinə məxsus avtomobilin digəri tərəfindən etibarnamə olmadan idarə edilməsi ilə bağlı fikir ayrılığı yaranmışdı.
Məsələ ilə bağlı ekspertlər bildirirdi ki, nikah şəhadətnaməsi ər-arvadın bir-birinin adına olan avtomobili idarə etməsi üçün kifayətdir və buna görə yol polisi cərimə yaza bilməz.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli isə bildirirdi ki, polis Ailə və ya Mülki Məcəlləsi ilə deyil, yol hərəkəti haqqında qanunauyğun şəkildə müvafiq durumda cərimə protokolu yazmaq hüququna malikdir.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Qanunvericilik Baş İdarəsindən bildirildi ki, İnzibati xətalar Məcəlləsinin 1.3-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir: “Eyni zamanda həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilib”. (qafqazinfo)
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












