“Ermənilər silahlarını ataraq qaçmalı oldu” - Məhərrəm Əliyev

Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz istiqamətində baş vermis döyüşlər haqda danışıb. M.Əliyev sia.az saytına müsahibəsində bildirib ki, əvvəllər də, cəbhə xəttinin müxtəlif təmas zolaqlarında erməni işğalçılarının təxribatçı davranışlarının şahidi olmuşuq və onların törətdikləri əməllərə qarşı Silahlı Qüvvələrimizin necə ağır və layiqli cavab verdikləri, düşməni susdurduqlarını görmüşük: “Erməni işğalçılarının və onların rəhbərlərinin bu dəfə məhz Tovuz rayonu istiqamətindəki cəhdlərinin arxasında Azərbaycanın və Türkiyənin, eləcə də Gürcüstanın yer aldığı enerji layihələrinə zərbə vurmaq istəkləri dayanmışdı. Bildiyimiz kimi, BTC, TANAP, BTQ kimi dünya miqyaslı nəhəng beynəlxalq layihələr məhz Tovuz rayonu istiqamətindən keçir və işğalçılar həmin istiqamətdə təxribat törətməklə, Ordumuzun nüfuzu ilə yanaşı, enerji siyasətimizə də zərbə vuracaqlarını düşündülər, ancaq göründüyü kimi dərindən və köklü şəkildə yanıldılar. Onların qarşısında güclü, qüdrətli, qələbə əzmli Azərbaycan Ordusu və bu Ordu ətrafında birləşən ümumxalq birliyi, sarsılmaz həmrəylik faktoru dayanmışdı.
Düşmən nəinki geriyə çəkildi, eləcə də öz mövqelərini, silahlarını ataraq qaçmalı oldu. Bu gün Tovuz rayonu istiqamətindəki strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altındadır və erməni işğalçılarının istənilən hərəkətləri müşahidə olunur.
Erməni tərəfinin daha bir məqsədi ölkədaxili siyasi və iqtisadi böhranın diqqətdən yayındırılmasına doğru yönəlmişdi. O cümlədən, Azərbaycanın diplomatik uğurları işğalçı ölkənin siyasi fiaskosunu sürətləndirirdi. Ona görə də, Tovuzda təxribat cəhdinə əl atmaqla həm daxilindəki narazılıqları, həm də beynəlxalq diqqəti Qarabağ mövzusundan yayındırmağa çalışdı. Nəticədə, Qarabağ mövzusu daha qabarıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdı və düşmən ikitərəfli məğlubiyyət məngənəsində sıxışıb qaldı. Yəni bu gün beynəlxalq siyasi aləm Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edirsə, bu işğalçı Ermənistanın həm hərbi, həm də siyasi tənəzzülünün göstəricisi olaraq qiymətləndirilməlidir”.
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI - YENİLƏNİB
Bakıda kimlər pulsuz avtobuslardan istifadə edə biləcək? – AÇIQLAMA
Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ
Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH
Şıx çimərliyində dənizə çirkab suları axıdılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Pulsuz ictimai nəqliyyat tıxacların qarşısını ala bilərmi? – EKSPERT
"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ - Vəkildən AÇIQLAMA
Sabah çimərliklərdə hava necə olacaq?
AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı məlumat yaydı
Ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır - ŞƏRH










