Ermənilər təsdiqlədi - İran 1271 yük maşını göndərib

Fövqəladə vəziyyət dövründə İran İslam Respublikasından Ermənistana 1.271 yük maşını gəlib. Avtosfer.az moderator.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Polisinin rəis müavini Hayk Mqriyan keçirdiyi mətbuat konfransında məlumat verib.
Rəis müavini bildirib ki, onların 1.197-nin işi yol polisi tərəfindən tamamlanıb, pandemiyaya görə 106 nəqliyyat vasitəsi yol polisi tərəfindən müşayiət edilib.
Onun sözlərinə görə, ümumilikdə Ermənistandan 2.946 nəqliyyat vasitəsinə Dağlıq Qarabağa getməyə icazə verilib, 603 avtomobilin girişi isə qadağan edilib.
Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət martın 14-dən elan edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial mediada Xankəndidə yaşayan bir erməninin bölgəyə gələn İranın yük maşınlarına koronavirusa görə etiraz edən videosu yayılmışdı.
İran rəsmiləri videonun həqiqəti əks etdirməməsi barədə açıqlamalar vermişdilər...
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












