Ermənilərin xüsusi təyinatlıları məhv edilib, meyitlər qayalıqda qalıb - VİDEO

"Ermənilərin hazırda qayalıqların arxasında 20-dək xüsusi təyinatlı əsgərinin meyiti qalıb. Hazırda həmin meyitlərin ərazidən çıxarılması üçün düşmən tərəfi döyüş aparır".
Avtosfer.az xəbər verir ki, bu barədə İTV-nin cəbhə bölgəsindən xəbər verən jurnalisti Heydər Mirzəyev məlumat verib.
Jurnalist hərbi mənbələrə istinadən bildirib ki, Tovuz rayonu istiqamətində yerləşən postu ələ keçirməyə cəhd edən erməni hərbçiləri ciddi itki verib. Həmin mövqeyi ələ keçirə bilməyən düşmənin xüsusi təyinatlıları məhv edilib. Öldürülən hərbçilərin meyitləri hələ də qaylıqların arxasında qalıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, iyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilib. Döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, bir zirehli texnikası, bir radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
Ətraflı videonu təqdim edirik:
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












