Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşır - VİDEO

Hərbi dairələrdəki mənbələrimiz Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4-cü hərbi korpusları fəal şəkildə gücləndirdiyini, həmçinin son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin hərbi birləşmələrə çatdırılması barədə məlumatları təsdiqləyir.
“Caliber”in məlumatına görə, Ermənistanda təmir müəssisələri fasiləsiz işləyir, təmir oluna bilən bütün texnikanı işə salmağa çalışırlar. Həmçinin, Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki silahlı qüvvələrini yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb.
Təkcə son bir həftə ərzində Ermənistanda ehtiyatdan on minə qədər hərbçi çağırılıb və bunun fonunda erməni hərbi ekspertlərin ölkədə guya səfərbərliyin baş tutmaması ilə bağlı açıqlamaları əslində Azərbaycan və dünya ictimaiyyətini yanlış məlumatlandırmaq üzrə kampaniyanın tərkib hissəsidir.
Odur ki, yaxın vaxtlarda həm ölkədaxili, həm də geosiyasi öhdəlikləri olan Nikol Paşinyan rejimindən ciddi hərbi təxribat gözləməyə əsas var. Qarabağda resursların məhdud olduğunu nəzərə alsaq, çox güman ki, orada diversifikasiya xarakterli təxribat əməliyyatları aparıla bilər. Düşmən əsas hərbi əməliyyatları Ermənistanla şərti sərhədimizdə keçirəcək.
***
İrəvan küçələrində hərbi kalonların hərəkəti müşahidə olunur.
Bununla bağlı görüntülər erməni teleqram kanallarında yayılıb.
Görüntülərdən aydın olur ki, Ermənistan növbəti dəfə Azərbaycana qarşı hərbi təxribata hazırlaşır.
Belə ki, Ermənistan Azərbaycanla şərti sərhədə doğru "Smerç" Reaktiv Yaylım Atəş Sistemi göndərir.
Həmin görüntüləri təqdim edirik:
(qafqazinfo)
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI










