Ermənistan məhsullarının satışına qadağa qoyulub

“Dünən, iyul ayının 16-sı bazardan 40-dan çox Ermənistan maşını çıxarıldı. Bazarda olan maşınlar isə bağlı şəkildə dayanıblar”. Bunu Moskvanın ən böyük meyvə-tərəvəz bazarı olan “Fud siti”də çalışan azərbaycanlı məlumat verib.
Bazarda topdan satışla məşğul olan Miqdət adlı soydaşımız isə bu məlumatları təsdiqləyərək bildirib ki, erməni məhsullarını daşıyan maşınların bazardan çıxması ilə yanaşı, bazada ticarətlə məşğul olan azərbaycanlılar Ermənistan məhsullarını almaqdan imtina ediblər.
“Ermənistanın Azərbaycana qarşı təxribatından sonra bazarda soydaşlarımız erməni məhsullarını almaqdan imtina etdilər. Bu işi görənlər içtimai qınağa çəkildi. Demək olar ki, bazarda erməni maşınları qalmayıb”, - deyə soydaşımız bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoçarxlarda azərbaycanlıların Ermənistan məhsullarını boykot etdiyi bildirilir. Həmçinin göstərilir ki, Ermənistan maşınları bazardan çıxarılır. ("Report")
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












