Ermənistan ordusu genişmiqyaslı təxribat törədir: Mövqelərimiz artilleriya atəşi altında

Erməni tərəfi şərti Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədir.
Bu barədə Caliber.Az məlumat verir.
Qeyd olunur ki, Ermənistan ordusu şərti Azərbaycan-Ermənistan sərhədində ağır zirehli texnika, zərbə dronları və döyüşə hazır qüvvələrini cəmləşdirərək Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə və hərbi texnikasına ciddi itkilər vurmağı hədəfləyib.
Məlumatda qeyd olunur ki, bu təxribatı dayandırmaq və düşmənin planlarının qarşısını almaq üçün Azərbaycan Ordusu bütün lazımi tədbirlərə əl atacaq.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini artilleriya atəşinə tutub.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












