Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib

Ermənistan parlamentinin binası qarşısında ali məktəblərə daxil ola bilməyən abituriyentlər və valideynləri etiraz aksiyası keçiriblər.
Avtosfer.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Aksiya iştirakçılarının etirazına səbəb abituriyentlərin qəbul imtahanında yüksək bal qazanmalarına baxmayaraq, birinci və ikinci ərizə ilə ali məktəbə daxil ola bilməmələri göstərilib. Etirazçılar bildiriblər ki, ali məktəbə onlardan daha az bal toplayanlar daxil olub.
Valideynlərdən birinin sözlərinə görə, iyulun 22-də parlamentdə 739 abituriyentlə bağlı məsələnin müzakirəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan və onun müavini iştirak etməyib.
Aksiya iştirakçıları vurğulayıblar ki, məsələ öz həllini tapmazsa, nazirin və müavininin istefasını tələb edəcəklər.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












