Ermənistanda koronavirusdan ölənlərin sayı 170-ə çatdı

Ermənistanda daha 515 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər ölüb. Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 10 524-a yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 170-ə çatıb. Bildirilib ki, indiyədək 3 454 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 6 841 aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,4 milyonu ötüb. Bunların 3 milyon nəfərdən çoxu sağalıb, 382 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (“Report”)
Oğrular maşınların daha çox bu detallarını oğurlayır – ARAŞDIRMA
"Birmarket" vətəndaşın şikayətini niyə təmin etməyib? – RƏSMİ AÇIQLAMA
Təmir işləri görülən ərazilərdə qəzaların qarşısı necə alınmalıdır? – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










