Ermənistanda polis bazarı bağladı

Ermənistan polisi Ararat vilayətində yerləşən “Meymandar” kənd təsərrüfatı məhsullarının topdansatış bazarını bağlayıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində bildirib.
O deyib ki, polis iyunun 3-də gecə saatlarında bazarda əməliyyat keçirib. Hökumət başçısı qeyd edib ki, hüquq-mühafizə orqanlarının qanuni tələblərinə tabe olmayan 30 nəfər saxlanılıb. N.Paşinyanın sözlərinə görə, hadisə ilə bağlı cinayət işi başlanılıb.
“Bazar bağlanıb. Gecə xüsusi əməliyyat keçirilib. Dünənki hadisələrlə bağlı cinayət işi başlayıb”, - deyə baş nazir yazıb.
Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin qərarına əsasən, bazarda fövqəladə vəziyyət rejimində komendant saatı və ərzaq məhsulları təhlükəsizliyinin qorunması normaları pozulub. Ona görə də bazar iyunun 6-dək bağlı qalacaq. (“Report”)
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












